Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holand mövsümün sonunda “Mançester Siti”yə keçməyə yaxındır.

Böyük Britaniyanın nüfuzlu “Teleqraf” nəşrinin məlumatına görə, 21 yaşlı norveçli hücumçunu transfer etmək istəyən klublar arasında ən real şans “Mançester Siti”yə məxsusdur. Doğrudur, hələ “Mançester Siti” variantı ortaya atılmamışdan əvvəl Holandın adı “Real”, “Barselona”, “Mançester Yunayted” və “Çelsi” ilə yanaşı çəkilirdi. Amma bir neçə gün əvvəl dortmundluların Holandı 180 milyon avrodan aşağı qiymətə satmayacaqlarını açıqlaması bu klubları bir qədər geri çəkilməyə vadar edib. Nəzərə alaq ki, Holandla yanaşı Kilian Mbappenin də yayda PSJ-dən ayrılmaq ehtimalı komandaları iki yol ayrıcında qoyur. Ötən mövsümün əvvəlində Lionel Messini transfer etmək istəməsi ilə böyük səs-küyə səbəb olan “Mançester Siti” bu dəfə istiqaməti daha gənc oyunçuya yönəldib. Hər halda yayda Serxio Aqueronun komandanı tərk edəcəyi Xosep Qvardiolanın komandasını konkret addım atmağa vadar edir. İngiltərə mətbuatının məlumatına görə, “Mançester Siti” “Borussiya”nın tələblərini yerinə yetirməyə hazırdır.